adlı
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
adlı
с. 1) исемле, атлы; sen ne adlı син ни атлы? исемең ничек? 2) атаклы, мәшһүр
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
adlı
sif.
1. Müəyyən adı olan, ...adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.
2. Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin adlı alimləri. – Bundan əvvəl bu gözəl ölkədə canlar var idi; Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi. M.Ə.Sabir. [Mirzə:] Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Ə.Haqverdiyev. ..Bayandır xan misilsiz bir bayram şənliyi qurmuş, sağında, solunda .. adlı cəngavərlər, hünərli ərlər durmuşdular. M.Rzaquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
adlı
məşhur, adlı-sanlı, tanınmış
{meşhur, ünlü, tanınmış}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
adlı
isimli