turklehceleri.org

acı

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

acı

1. с. ачы; acı biber ачы борыч; 2. и. күч. кайгы, хәсрәт ◊ acı görmüş авырлык күргән; acısını çıkarmak үч алу

Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)

acı

1. Buruk (tat), Ekşi

ercilasun1991

acı

Türkiye Türkçesi: acı
Azerbaycan Türkçesi: acı
Başkurt Türkçesi: ası äsi
Kazak Türkçesi: aşşı
Kırgız Türkçesi: açū
Özbek Türkçesi: äççık
Tatar Türkçesi: açı äçi
Türkmen Türkçesi: ãcı
Uygur Türkçesi: aççık
Rusça: gor'kiy

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

acı

sif.
1. Dili-ağzı yandırıcı, kinə, xardal və s. dadında olan (şirin ziddi). Acı dərman. Acı badam. Acı dad. Acı istiot. Acı turp. Acı soğan. Acı çay (dişləmə çay, içinə qənd salınmamış çay).
2. məc. Fəlakətli, məşəqqətli, əziyyətli, kədərlə dolu. Acı həyat. Acı tale. Acı günlər. // is. məc. (çox vaxt cəm şəklində). Fəlakət, əziyyət, məşəqqət, təzyiq. İndi Gülpəri, ona [İdrisə] çox məşəqqətli keçmiş uşaqlıq həyatının bütün acılarını unutdurdu. M.Hüseyn. • Acı çəkmək – müsibət çəkmək, fəlakət keçirmək.
3. is. məc. Ağrı, azar, yorğunluq hissi. Can acısı. – Molla Bağırın fələqqəsinin çubuqlarının acısını, deyəsən, indi bu saat yenə ayaqlarımda hiss edirəm. C.Məmmədquluzadə. // Müvəffəqiyyətsizlik, uğursuzluq, fəlakət, peşmanlıq nəticəsində doğan acılıq hissi. [Ulduzun] duyduğu acını yuyub aparmaq üçün heç bir göz yaşı kifayət deyildi. Ə.Məmmədxanlı.
4. məc. Xoşa gəlməyən, qəlbə toxunan, ağır, pis, qaba, kobud. Acı söz. Acı danışıq. Acı xatirələr. – Şol şəkər dildən rəvamıdır, şəha; Bən mühibbə sən acı söz söyləmək? Nəsimi. [Səfdərqulu:] Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə. N.Vəzirov. Ayrım qızı .. naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq. • Acı danışmaq – bax. acılamaq.
5. məc. İbrətli, nəticəsi pis olan, təəssüf ediləcək. Keçən ilin acı təcrübəsindən hələ də lazımi nəticə çıxarmamışlar.
6. Bəzi sözlərin qabağında, onların ifadə etdikləri şeyin təsirini, dərəcəsini, qüvvəsini şiddətləndirir. Şərbətli acı firqətin nuş edərəm şəkər kimi. Nəsimi. Əsəndə dövranın acı ruzgarı; Saralıb solursan bir gözəl kimi. S.Vurğun. Acı xəzri qurutmuş torpağını, daşını. R.Rza. Heybət əlini Şamonun əlindən üzərək, ata acı bir qamçı çəkdi. S.Rəhimov. Gəlin bayaq acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. ‣ Acı göz yaşları – dərdin, kədərin şiddətini ifadə edir. Acı gülüş – dərin bir kədərlə birləşmiş gülüş, ağlarkən gülmə. Acısını almaq (çıxarmaq) – 1) heyfini almaq, intiqamını almaq; 2) acılığını azaltmaq (götürmək). acı-acı zərf 1) Nifrətlə, acıqla, ələ salarcasına, istehza ilə, başqasına toxunacaq, təhqir edəcək bir tərzdə. Acı-acı gülmək. Acı-acı danışmaq. Acı-acı baxmaq; 2) təəssüflə, qəlbi yana-yana, məyusluqla. Səfər .. qanına bulaşıb zarıldayan yaralıları və meyitləri seyr edir, nə isə acı-acı düşünürdü. Çəmənzəminli. O, insanlardakı vəfasızlığa acı-acı gülürdü. M.Hüseyn. Acı-acı gülərdin, indi şirin-şirin gül. S.Rüstəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

acı

I. fəlakətli, məşəqqətli, əziyyətli
{sıkıntılı, meşakkatli, eziyetli}

II. ağrı, azar
{ağrı, sızı}

III. zəhərli, ağır, sancan, qaba, kobud
{zehirli, ağır, kötü, kaba, nezaketsiz}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

acı

acı

Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)

acı

I, a. hac (Mekkeyi ziyaret) .


II, a. hacı (Mekkeyi ziyaret eden kimse) .


Axir izdelgen sözler: