aclıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
aclıq
is.
1. Yeməyə ehtiyac hissi. Səhərdən aclıq hiss edirəm. // Uzun müddət doyunca yeməmə. Aclıqdan tələf olmaq. – [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Uşaqlar da aclıqdan çıxıb, evdə çörək pulu olduğuna şadlanırlardı. S.M.Qənizadə. • Aclıq çəkmək – uzun müddət doyunca yeməmək, qarnı tox olmamaq. [Dərviş] o qədər arıq və cansız idi ki, qabırğalarını bir-bir saymaq olardı və əlbəttə ki, çox aclıq çəkmiş bir adam bu hala düşə bilərdi. Ə.Məmmədxanlı.
2. Məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində əmələ gələn qıtlıq, qəhətlik, ərzaq yoxluğu. Aclıq ili. – Başqa yerdən də taxıl gəlmədiyi üçün aclıq ölkəni ağzına almışdı. Çəmənzəminli. • Aclıq düşmək – məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində məhsul qıtlığı.
3. məc. Ümumiyyətlə, qıtlıq, hər hansı istehlak şeylərinin azlığı, çatışmaması, tapılmaması. Əmtəə aclığı.
4. məh. Təzə taxıldan birinci dəfə üyüdülən un, döyülən xırman. ‣ Aclıq elan etmək – özünə və ya başqalarına edilən haqsızlığa etiraz əlaməti olaraq şəxs(lər)in yeməkdən imtina etməsi. Sərhəng sual etdi: – Onun aclıq elan etdiyi neçə gün olar? M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
aclıq
qəhətlik, qıtlıq
{kuraklık, kıtlık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
aclıq
açlık