turklehceleri.org

Zəfər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

zəfər

is. [ər.] tənt. Qalibiyyət, qələbə. Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Çəmənzəminli. Ey zəfər nəğməsi, sən ey şən nəğmə! Qanlı cəbhələrdə döyüşən nəğmə. N.Rəfibəyli. Gəzib bu dost elləri, dolansan qarış-qarış; Hər yanda görəcəksən, yüksəliş, zəfər, yarış. Ə.Cəmil. // Qalib gəlmə, üstün gəlmə. • Zəfər qazanmaq (çalmaq) – qalib olmaq, qələbə çalmaq. [Nüşabə:] Ölkələr düşməni rumlu İskəndər; Hind ilə İranda qazanmış zəfər. A.Şaiq. Döyüşlərdə zəfər çaldın, boy atdın; Yer üzündə milyonları oyatdın. R.Rza. Zəfər tapmaq – bax. zəfər qazanmaq. Zəfər yetirmək – məğlub etmək, üzərində qələbə çalmaq, yenmək. // Məqsədə nail olma, müvəffəqiyyət, nailiyyət. ‣ Zəfər toxundurmaq – başına xata gətirmək. [Xanımnaz:] Ay balam, qurbanın olum, qorxuram birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar. C.Cabbarlı. Zəfər toxunmaq (dəymək) – zərər, ziyan, xətər dəymək, başına xata gəlmək. Can Koroğlu, öz canımdan qorxmuram; Qorxum odur, zəfər dəyə dostuma. “Koroğlu”. Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona zəfər toxunmasın. (Nağıl).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

zəfər

qalibiyyət, qələbə
{galibiyet, galebe çalmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

zəfər

zafer


Axir izdelgen sözler: