Zirək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zirək
sif. [fars.] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş. [Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə. Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. H.Sarabski. • Zirək tərpənmək (tərpəşmək) – 1) tez, cəld hərəkət etmək. [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yataqları gətir, bu tərəfdən qoy... Tez ol! Bir azacıq zirək tərpəş! C.Məmmədquluzadə; 2) başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
zirək
bacarıqlı, cəld, çevik, diribaş
{becerikli, çabuk, çevik, atılgan}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zirək
canlı, çevik, hareketli, hızlı, kıvrak, maharetli, süratli, tez, zirek