Yəqin
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yəqin
1. zərf Şəksiz, şübhəsiz, səhih, inamla. Yəqin demək olar ki, ramazan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır. C.Məmmədquluzadə. Bəllidir yerimiz yəqin divana. H.K.Sanılı. • Yəqin bilmək – tamamilə düzgün olduğuna inanmaq, heç bir şübhə etməmək. Məsələni yəqin bilmirəm. – Onu yəqin bil ki, mənim sözüm sözdür. Ü.Hacıbəyov. Yəqin etmək – bir şeyin doğruluğuna tamamilə inanmaq, yəqinlik hasil etmək. Mən bunların Hacı Mirzağa Billurinin əmri ilə gəldiklərini yəqin etdim. M.Ordubadi. Yəqin olmaq – doğru olduğu aşkara çıxmaq, sübuta çıxmaq. Məsələ yəqin oldu. Ü.Hacıbəyov. // Xəbər şəkilçisi ilə yəqindir – şübhəsizdir, şübhə yoxdur. Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani.
2. is. Həqiqət; əsil, həqiqi vəziyyət, hal və s. Yəqinini bilmirəm. Yəqin budur ki, ... Yəqininə gəldikdə...
3. ara s. Ehtimal, ola bilsin, görünür (bu mənada çox vaxt “ki” bağlayıcısı ilə). Əhvalatı, yəqin, sən də eşitmisən. Yəqin, kino da olacaq. Yəqin, xəstədir. Yəqin, gələcək. Yəqin ki, cavanlığını xatırlayır. – Yəqin ki, Sultan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkallah, Əsgərə! Ü.Hacıbəyov. Yəqin ki, məni də müzakirəyə çağıracaqlar. M.Hüseyn. [Qadın] yəqin, bu sakit guşədə kənar bir göz olmadığına şübhə eləmirdi.. İ.Hüseynov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yəqin
I. şübhəsiz, şəksiz, səhih
{şüphesiz, şeksiz, gerçek}
II. həqiqət, əsl
{gerçek, esas}
III. ehtimal, görünür
{olasılık, olası}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yəqin
muhakkak