Yığışdırmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yığışdırmaq
f.
1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq. – Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. A.Şaiq. // Səliqəyə, sahmana, qaydaya salmaq, düzəltmək, təmizləmək, sil-süpür etmək. Otağı yığışdırmaq. – Telli inəkləri töyləyə saldıqdan sonra, Gülpərinin buraxıb getdiyi evi yığışdırdı. S.Hüseyn.
2. Çəkmək, dartıb bir yerə yığmaq. Ətəklərini yığışdırmaq. ‣ Əl-ayağını yığışdırmaq – bax. əl-ayaq. Özünü yığışdırmaq – bax. öz.