YÜK
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
yük
и. йөк; авырлык; vapur yüğünü boşalttı пароход йөген бушатты; 2) вазыйфә, йөк; мәшәкать
Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)
yük
1. Bagaj
ercilasun1991
yük
Türkiye Türkçesi: yük
Azerbaycan Türkçesi: yük
Başkurt Türkçesi: yök
Kazak Türkçesi: jük
Kırgız Türkçesi: cük
Özbek Türkçesi: yük
Tatar Türkçesi: yök
Türkmen Türkçesi: yük
Uygur Türkçesi: yük jük
Rusça: gruz noşa v'yuk
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yük
is.
1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq. – Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). • Yük heyvanı – yük daşıyan heyvan. // İçində şey olan torba, kisə, yeşik və s. Yükləri bir yerə yığmaq. // Eyni mənada saylarla. [Heydər bəy:] Heç kəs qorxudan gedib gətirə bilmir. Məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. O ki qaldı danışığımız, cümlətani bir yük buğda olmuşdur. S.Rəhimov. // Ağır şey; ağırlıq. Bu bir yükdür ki. Yük maşını – ağır şeylər (yük) daşımaq üçün böyük avtomobil. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. Yük vurmaq – yük yükləmək. Paroxoda yük vurmaq.
2. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, xalça-palaz. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bütün avadanlıq evin yuxarı tərəfinə yığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul bir yükdən ibarət idi. İ.Əfəndiyev. // Yük yığılan, camaxatan. Yorğan-döşək yükdədir. Yükdən bir yorğan götürdü. – Kilim, gəbə yükdədi; Gözlərim gədikdədi; Dönüb geri baxsana; Sevdiyin yar dikdədi. (Bayatı). • Yük sandığı – üzərinə yük yığmaq üçün iri sandıq. İki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı, bir neçə mücrü, taxçalara qoyulası mücrülərin altına gümüşdən məmul zirəndazlar tədarük görüləcəkdir. R.Əfəndiyev. Yük yeri – yük yığmaq üçün divarda açılan yer, şkaf.
3. məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət. Mən bu yükü öhdəmə götürə bilmərəm. Bu yükün altından çıxmaq çətin olacaqdır. – Rüstəm kişi, doğrudan da, yükünün ağır olduğunu hiss etdi. M.İbrahimov. // məc. Yorucu, əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq. Bu da bizə bir yük oldu. Bu yükün altından məni qurtar. – Gülsümün yükü və dərd-qəmi gündən-günə artmaqda idi. Ə.Haqverdiyev.
4. fiz. Hər hansı bir cisimdə olan elektrikin miqdarı. Müsbət yük. ‣ Yük etmək (eləmək) – lazım olmayan, artıq bir şeyi özü ilə götürmək. [Bahar Gülpəridən soruşdu:] Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? S.S.Axundov. Yükünü tutmaq – 1) hər cür lazımi şeylərlə (adətən qiymətli şeylərlə) özünü təmin etmək; mal-dövlət yığmaq. [Hacı Fərəc:] Yusif səkkiz yaşındadır, gəlib yetişənədək mən yükümü tutaram. N.Vəzirov; 2) dan. çox yemək, doymaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yük
I. ağırlıq
{ağırlık}
II. yorğan-döşək
{yorgan döşek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yük
bagaj, denk, yük
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
yük
Yük. Yük artmaq – Yüklemek. Yük basmaq – Yük koymak. Yük chüshürmek – Yük indirmek. Yük tartmaq – Yük tartmak.
Türkiye Tillar Diwani (TDK)
yük
kuş tüyü, kuş yeleği, ok yeleğl,III, 45, 70, 97. 143 bkz> yük, yüg, yürig