Yenə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yenə
zərf (bəzən də ədatı ilə).
1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar. – Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov. Məcnun kimi yenə düşdüm çöllərə. Molla Cümə. O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. // Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət?
2. Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı. – Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. “Koroğlu”. [Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq. Ü.Hacıbəyov. Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları. S.Vurğun.
3. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.
4. Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yenə
gene, yine