Yal
Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)
yal
1. Depozit, Depozito
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yal
I. is.
1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. “Koroğlu”. Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqırını düzəltdi. M.Hüseyn.
2. məc. dan. zar. Saç, saqqal mənasında. [Cənnətəli ağa:] İki dəfə [həna] qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı. N.Vəzirov. Gündə həna bağlagilan yalına; Açma gözün, baxma bir öz halına. Ə.Qəmküsar. • Yalı ağarmaq dan. zar. – qocalmaq. Həştada yetmişdir sinnü salımız; Bu dövlətdə ağarmışdır yalımız. Q.Zakir. Deyilik naşı, bu işdə, ağarıbdır yalımız. M.Ə.Sabir. Yalın ağarmış, yox ağızda dişin. Ə.Nəzmi.
II. is. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı). Səfiqulular kəndinin qabağındakı hündür yal ilə Şehli kəndinə gedən yol görünürdü. S.Rəhimov. Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı. Ə.Əbülhəsən.
III. is. İtə verilən horra halında yemək. İt yalı. – Hər kəs öz itini alaçığa çəkib qabağına yal tökür. “Qaçaq Nəbi”. [Ağakərim xan:] Xeyr a... gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. N.Vəzirov. // məc. Çox dadsız, keyfiyyətsiz, duru yemək haqqında. ‣ Yalı artmaq (artıq düşmək) vulq. – varlanmaq, dövlətlənmək mənasında. [Aşıq Vəli:] Qohum-əqrəbasına yalı artanda təşəxxüs edənə lənət! N.Vəzirov. Caydaq adam qapını bərk basıb əlavə etdi: – Yalı artıq düşüb! Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yal
I. yemək
{yemek}
II. tük
{tüy}
III. təpə, dikdir
{tepe, yamaç}
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
yal
Yele.
Türkiye Tillar Diwani (TDK)
yal
at yelesi·III, 13, 160 bkz> yalıg, yıl