Xəbərdarlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xəbərdarlıq
is.
1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildirmə. Xəbərdarlıq üçün gələn qadın Tanya idi. A.Şaiq. Dəstə hərəkətə gəlməkdə ikən, kiminsə bərkdən bu xəbərdarlığı eşidildi.. Ə.Əbülhəsən. Zərqələmin bu xəbərdarlıqdan məqsədi vardı. Ə.Sadıq.
2. Qəbahət edənə bir daha qəbahəti təkrar etməmək üçün verilən göstəriş. • Xəbərdarlıq etmək – qabaqcadan demək, bildirmək, çatdırmaq. ..Güldəstə gərgin halda xəbərdarlıq etdi. H.Seyidbəyli. Usta əlindəki taxtanı kəndirlə möhkəm bağladı, xəbərdarlıq edib kəndiri dartdı. M.Süleymanov. Xəbərdarlıq vermək – xəbərdar etmək, qabaqcadan demək, bildirmək. [Toğrul:] Yoldaş İmamyar doğru deyir, [Yaşar] mənə demişdi, ..xəbərdarlıq vermişdi. C.Cabbarlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
xəbərdarlıq
qabaqlama, çəkindirmə, qorunma, gözləmə
{önleme, savunma, korunma, bekleme}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
xəbərdarlıq
ihbar, ihtar, ikaz, uyarı