Vüqar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vüqar
is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun. [Qəhrəman:] Onlar nə qədər həyəcanlı olsalar da, özlərini yaxşı saxlayır və vüqar göstərirdilər. H.Nəzərli. // məc. Əzəmət, böyüklük. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Bir vüqar duyaraq onun səsində; Yer-göy alqışladı bu qəhrəmanı. M.Rahim. Bu heykəlin vüqarı bölüyə aşkar olduqca, qəribə təsir edirdi. Ə.Əbülhəsən. vüqarla zərf Əzəmətlə, başını dik tutaraq, təmkinlə. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Rüstəm .. bir dilək üçün heç kəsin qabağında qəddini əymir, vüqarla öz əlinə baxırdı. S.Rəhimov. // məc. İftixarla. Dünya gözəlləşir, dəyişir aləm; Ömür yollarını vüqarla keçdim. B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vüqar
təmkin, ağırlıq, ciddiyyət, başıucalıq
{vakar, ağırlık, ciddiyet, onurluluk}