Vilayət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vilayət
is. [ər.]
1. Böyük inzibati ərazi bölgüsü. Dağlıq Qarabağ Muxtar Vilayəti.
2. Ölkə, məmləkət, mahal, əyalət, ərazi, yer. Buna görə mən .. müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım. A.Bakıxanov. Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək, Car vilayətinə çəkildi. Mirzə Adıgözəlbəy. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə, vətənlərini buraxıb buraya gəlmişdilər. S.S.Axundov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vilayət
ölkə, məmləkət, mahal, əyalət
{ülke, memleket, mahal, il}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vilayət
il, vilayet