Tərpətmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tərpətmək
f.
1. Hərəkətə gətirmək, hərəkət etdirmək; qımıldatmaq. Kərim baba sükut ilə başını tərpətdi. A.Şaiq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. // Əsdirmək, titrətmək, laxlatmaq, yerindən oynatmaq. Basdırılmış ağacı tərpətmək olmaz.
2. Hərəkətə gətirmək, getmək üçün hərəkət etdirmək. Faytonçu atları tərpətdi. Ə.Haqverdiyev. Ayaz atı tərpədib həyətdən çıxdı. Ə.Məmmədxanlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tərpətmək
sallamak