Tullamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tullamaq
f.
1. Bir şeyi az və ya çox şiddətli bir hərəkətlə yaxına və ya uzağa, yuxarıya və ya aşağıya atmaq; fırlatmaq. Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan qıjhaqıj. M.Ə.Sabir. Rəfizadə şərab şüşəsini götürüb, Mahmud xana tulladı. M.S.Ordubadi. [Qəhrəman] .. sapanda daş qoyub hərləyən kimi hərlədi və var gücü ilə ilanı qayadan aşağı tulladı. Ə.Vəliyev. // Bir şeyi əldən buraxaraq yerə düşürmək, yerə atmaq. Papiros qırıntılarını yerə tullamaq olmaz!
2. Çəkmək, itələmək, kənara çəkmək, atmaq. ..Zərrintac xanım bəzəkli yorğanı üstündən kənara tulladı. S.Rəhimov.
3. Tökmək, salmaq. Biz laqeyd olsaq əgər; Onlar məşum bombanı; Tullaya bilər yekə; İnsanlığın ömrünə. R.Rza. Təyyarələr beş yüz kiloqram ağırlığında olan bombaları yerə tulladı. Ə.Vəliyev.
4. Tərk etmək; buraxıb getmək. Hələlik tullamışıq xaneyi-viranələri; Dolanıb kişvəriTiflisdə kaşanələri. M.Ə.Sabir.
5. məc. Əl çəkmək, atmaq. Qırxların əlindən bir badə içdim; Tulladım namusu, həyadan keçdim. Molla Cümə.
6. məc. dan. İçmək. Cümşüd bəy evdən çıxmamış bir neçə piyalə qırmızı çaxır tullayıb getdi. E.Sultanov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tullamaq
salmaq
{salmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tullamaq
atmak, fırlatmak, göndermek