Toqquşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
toqquşmaq
f.
1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. Qatarlar toqquşdu. – ..Hovuzun bu başından girib, o biri başına çatana qədər on adama toqquşursan. Çəmənzəminli. // məc. Aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək. Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. H.Seyidbəyli.
2. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək. Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. M.İbrahimov.
3. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. Düşmənlə toqquşmaq.
4. məc. Maraqları, mənafeləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq. [Saltik:] Şübhə yox, toqquşacaq xeyirlə şər. A.Şaiq. Gülşən indi toqquşan (f.sif.), çarpışan iki fikir arasında qalmışdı. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
toqquşmaq
I. çarpmaq, rastlaşmaq, qarşılaşmaq
{çarpmak, rastlaşmak, karşılaşmak}
II. itələmək, döyüşmək, çarpışmaq, vuruşmaq
{itelemek, dövüşmek, çarpışmak, vuruşmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
toqquşmaq
çarpışmak, çarpmak, çatışmak