turklehceleri.org

Sənət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sənət

is. [ər.]
1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək. – [Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə. [Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli. ..Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov. // İş, peşə, məşğuliyyət. Hacının sənəti hamamçılıq idi... C.Məmmədquluzadə. Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət. Gəmi muzdurçuluğu .. çox ağır sənətdir. S.M.Qənizadə // Məc. mənada. [Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun.
2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri. – Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal.
3. bax. sənətkarlıq 2-ci mənada. ‣ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb. [Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman. Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sənət

peşə, iş, məşğuliyyət
{pişe, iş, meşguliyet}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sənət

meslek, sanat


Axir izdelgen sözler: