Səd
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səd
miqd. s. [fars.] Yüz (adətən afərin, mərhəba, heyif kimi sözlərin əvvəlinə gətirilərək onların təsir gücünü artırmaq üçün nida məqamında işlənir). [Ustadlar:] Hər görən söyləyə: ay səd afərin! Nəinki məclisdə yüz qanan ola. “Lətif şah”. Oxudum, öpdüm, gözə sürtdüm, dedim: səd mərhəba! Gözüm üstə var yerin, ey gülüzarın kağızı! M.P.Vaqif. Məst olmadığım dəm yox idi dəhrdə bir gün; Səd heyf ölən vəqtdə huşyar ölürəm mən. S.Ə.Şirvani.