Südəmər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
südəmər
sif.
1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. ..[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev. // İs. mənasında. Qocaların, cavanların, südəmərlərin; Üz-gözündən səhər kimi nurlar tökülür. S.Vurğun.
2. isteh. Uşaq, körpə (təcrübəsiz mənasında). Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” – sözləri dillərdə dastan olacaqdı. A.Şaiq. Biz kimə arxalanıb turbin qazmasına keçəcəyik? Südəmər uşaqlaramı? M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
südəmər
uşaq, körpə
{çocuk, bebek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
südəmər
bebek