turklehceleri.org

Sarımaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sarımaq

f.
1. Bir şeyin üzərinə dolamaq. Yumaq sarımaq. – O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub, ağaca dönmüşdü. Ə.Əbülhəsən.
2. İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq. Qutuları sarımaq. Kitabları sarımaq. // İp və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək. [Koroğlunu] sonra bir-iki kəndirlə də sarıdılar ata. “Koroğlu”. [Qədiri] dirəyə sarıdılar. Mir Cəlal. // Sarğı dolamaq, sarğı ilə bağlamaq. Ayağını sarımaq. Başını sarımaq. – Sınıqçı, Məşədi Əsgərdən üç manat alıb qolunu sarıdı. S.M.Qənizadə. Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar.. İ.Hüseynov.
3. məc. Bürümək, tutmaq, qaplamaq, çulğamaq. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq.
4. məc. Ələ salmaq, dolamaq, araya qoymaq. Bir başqa tələbə Əsədi sarımaq istədi. S.Rəhimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sarımaq

I. bükmək, bələmək, bağlamaq
{dürmek, kundaklamak, bağlamak}

II. dolamaq, tovlamaq, oynatmaq
{dolamak, yakalamak, oynatmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sarımaq

sarmak


Axir izdelgen sözler: