turklehceleri.org

Qəmgin

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qəmgin

sif. [ər. qəm və fars. ...gin]
1. Qəmli, kədərli, tutqun, məyus, pərişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm. M.S.Ordubadi. Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi. M.Hüseyn. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim. // Zərf mənasında. Məmməd Həsən əmi qəmgin .. oturub, gözünü dikmişdi şəhər yoluna. C.Məmmədquluzadə. Nurəddin çox qəmgin evə qayıdırdı. S.S.Axundov. • Qəmgin olmaq – kədərlənmək, tutulmaq, məyus olmaq, pərişan olmaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov.
2. Qəm doğuran, kədər gətirən, hüzn doğuran, həzin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə. – Hər tərəfə qəmgin sükut çökmüşdü. M.Hüseyn. Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəmgin qəbir daşları mavi bir pərdəyə bürünürdü. S.Rəhman. qəmgin-qəmgin zərf Qəmli halda, həzinhəzin. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkanə, durnalar? M.V.Vidadi. Bu ellərin kefi onda saz olar; Siz, ey qəmgin-qəmgin ötən durnalar! S.Rüstəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qəmgin

I. kədərli, dərdli, qüssəli
{kederli, dertli, hüzünlü}

II. darıxdırıcı, cansıxıcı
{bezdirici, usandırıcı}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qəmgin

içli


Axir izdelgen sözler: