turklehceleri.org

Qılınc

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qılınc

is.
1. Xəncərdən böyük, əyri və ya düz, bir ağızlı kəsər silah. İti qılınc. – Qılınc yarası gedər, dil yarası getməz. (Ata. sözü). Onun başının üstündən divarda .. qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə. • Qılınc kimi – çox itilik, kəskinlik mənasında. Yenə mədənlərdə böyük tətildir; Soyuq qılınc kimi insanı kəsir. S.Vurğun.
2. Kotanın ağzı, torpağı kəsən hissəsi. Kotanların iti qılıncları altından torpaq köprəyib qara bir hava kimi ətrafa daşırdı. Ə.Məmmədxanlı.
3. Qabanların ağzı yanlarında qoşa olaraq əyri qılınc şəklində çıxan, müdafiə və hücum aləti vəzifəsini görən böyük diş. Qaban qılıncı. ‣ Qılınc çalmaq – bax. qılınc vurmaq. [Əsgər bəy:] Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq! M.F.Axundzadə. Çaldı qılınc şahın atın peylədi. S.Ə.Şirvani. Qılınc çal, qoy gəlsin qoluna qüvvət. Z.Xəlil. Qılınc vurmaq – qılıncla vuruşmaq. [Hüsaməddin:] Mən Fəxrəddinlə bir cərgədə Azərbaycanın azadlığı uğrunda az qılınc vurmamışam. M.S.Ordubadi. Qılıncqalxana çıxmaq – davaya getmək, vuruşmaq. Qılınc-qılınca gəlmək – qılınclarını çəkib üz-üzə gəlmək, qılıncla vuruşmaq. Qılınca sarılmaq – davaya hazırlanmaq. Qılıncdan keçirmək – hamısını qılıncla öldürmək. Lakin daşqəlbli qaniçən kazaklar buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. Taygöz Yusif şəhərin .. əhalisini qılıncdan keçirtdi. İ.Əfəndiyev. Qılıncının dalı da kəsir, qabağı da – sözü kəsərli, sözükeçən, böyük ixtiyar və nüfuz sahibi olan adam haqqında. [Tərlan:] Sən ki həmişə qılıncımın dalı da, qabağı da kəsir, – deyib öyünürdün. M.Hüseyn.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qılınc

epe, kılıç


Axir izdelgen sözler: