turklehceleri.org

Qıl

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qıl

is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. – Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi. M.Rzaquluzadə. ‣ Qıl kimi – çox nazik, çox incə. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim. Füzuli. Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır. H.Zərdabi. Qıl qədər – azacıq, lap az, zərrə qədər. Qıldan asılmaq – əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq. [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, – deyirəm. Ə.Haqverdiyev. Qılı qıldan seçmək – incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək. Aralarından qıl keçməmək – çox yaxın, mehriban dostlar haqqında. ..Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. C.Məmmədquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qıl

tük
{tüy}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qıl

kıl


Axir izdelgen sözler: