turklehceleri.org

Qaçaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qaçaq

is.
1. Çarlıq dövründə: hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.
2. Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur. Ancaq bu həndəvərdə məşhur bir qaçaq var. M.F.Axundzadə. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [Gülpəri:] ..Hər şey əldən çıxandan sonra, Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. S.S.Axundov.
3. Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam. • Qaçaq düşmək – müxtəlif səbəblərə görə öz yurdundan, ailəsindən uzaq düşməyə məcbur olmaq. Hacı da ondan sonra düşdü qaçaq; Qaldı dağlarda el, ulusdan iraq. A.Səhhət.
4. sif. Sürüdən qaçan, sürüdə durmayan. Qaçaq qoyun. // Bərk gedən, başını saxlamaq çətin olan. Qaçaq at.
5. sif. Gömrük, rüsum verməmək üçün gizli gətirilən. Qaçaq mal. Qaçaq tütün. – [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq. M.F.Axundzadə. [Əhməd] ..qaçaq mal alveri eləməkdən başqa yüngül və əziyyətsiz bir yol tapa bilməyirdi. B.Talıblı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qaçaq

quldur
{eşkıya}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qaçaq

kaçak


Axir izdelgen sözler: