turklehceleri.org

Qazma

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qazma

I.
1. “Qazmaq1”dan f.is. Qazma texnikasının inkişafı.
2. sif. Oyulmuş, həkk olunmuş. Qazma möhür. Qazma naxış.
3. sif. Quyu qazmağa məxsus; neft və s. quyusu qazan. Qazma texnikası. Qazma alətləri. Qazma ustası. – Tək-tənha qazma buruğu sahildən çox uzaqda, dənizin ortasında tikilmişdi. M.İbrahimov. Qazma ustası Qafar dayı quyunu başa çatdırmaq üçün bir neçə gün idi ki, evə getməmişdi. M.Süleymanov.
4. is. Neft və s. çıxarmaq üçün qazılan quyu; şaxta. Neft sahələrinin dərin kəşfiyyat qazmasında dəzgahların sayı ikiqat artmışdır.
5. is. Torpaq qazmağa məxsus saplı alət. Çıxar damə beş-on fəhlə, əlində qazma və balta. M.Möcüz. Güldanə ilə Bənövşənin əlində qazma, .. Gülxarla Gülşənin əlində bel var idi. Ə.Vəliyev.

II. is. Yeraltı daxma, yerin altında qazılmış müvəqqəti, ya daimi ibtidai ev, yaşayış yeri. Gecədən xeyli keçmiş, yeraltı qazmada qırıq bir şam işığında Ulduz anasına .. məktub yazırdı. Ə.Məmmədxanlı. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. M.Müşfiq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qazma

I. dam, daxma
{ev, kulübe}

II. oyma, eşmə
{oyma, eşme}


Axir izdelgen sözler: