turklehceleri.org

QAYNAQ

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qaynaq

I. is. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. “Mərcan suyu” qaynağın; Ellər sənin oynağın; Nə gözəldir yanağın; Gəlin kimi baxan Kür! Ə.Cavad. Qaynaqdan bulandıran elə bulandırdı ki; Suyumuz durulmadı. B.Vahabzadə. // Yerdən qaynayıb çıxan bulaq, çeşmə və s. Ağbulaq kəndinin aşağı səmtində, yaşıl meşəliyin içində qaynayan Turşsu qaynağı hamının diqqətini cəlb etməyə başladı. S.Rəhimov. Almalı, armudlu bu bağlar sənin; Səadət qaynaqlı bulaqlar sənin. Şəhriyar. // məc. Mənbə, mənşə mənasında. Sən öylə ziya qaynağısan, ey gözəl afət; Yandıqca o hüsnün şamı, pərvanə gülümsər. A.Şaiq.

II. is. tex.
1. Metalda qaynayıb (qaynaq olub) bitişən yer.
2. Metal hissələrin aralarına ərgin metal tökmək yolu ilə onları birləşdirmə, bitişdirmə üsulu. Borunun hissələri bir-birinə qaynaq edildikdə məlum oldu ki, bunların bəziləri yolda zədələnmişdir. – Qoruyucu borular adətən 6-10 m uzunluğunda olub, bir-biri ilə qaynaq vasitəsilə birləşdirilir. Quliyev.

III. is.
1. Alıcı və yırtıcı quş çəngəli, caynaq. O necə quş idi, qayada səkər; Qaynağı neştərdir, qanımı tökər. Xəstə Qasım.
2. məc. Əl, pəncə, çəng, caynaq. Mən onu elə əlimə dolayaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Ə.Haqverdiyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qaynaq

I. mənbə, bulaq, çeşmə
{kaynak, pınar, çeşme}

II. caynaq, dırnaq
{parmak ucu, tırnak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qaynaq

kaynak

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

qaynaq

Kaynamış 2. Sıcak.


Axir izdelgen sözler: