turklehceleri.org

Nəzəri

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nəzəri

sif. [ər.]
1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə. – [Zeynal] musiqinin, şeir və ədəbiyyatın bəzi nəzəri cəhətlərini bilirdi. S.Hüseyn. [Yunis] nəzəri dərslərdən gözəl imtahan verdi. Mir Cəlal.
2. Mücərrəd məntiqi və ya riyazi hesablamalar yolu ilə alınan. Nəzəri hesablama. // xüs. İlkin əsaslara, şərtlərə görə mümkün ola bilən, nəzərdə tutulan. Maşının nəzəri məhsuldarlığı.
3. Nəzəri məsələlərə həsr olunan, nəzəri məqsəd daşıyan. Nəzəri konfrans. Nəzəri məruzə.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

nəzəri

kuramsal


Axir izdelgen sözler: