Növbə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
növbə
is. [ər.]
1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək. • Birinci (ilk) növbədə – hər şeydən əvvəl, hamıdan qabaq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn.
2. Bu qaydada (bir-birinin ardınca) duraraq bir şey gözləyən adamlar sırası. Bilet üçün növbə. Kino kassasında böyük növbə var. – Ağa, səbr elə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər. Ə.Haqverdiyev. • Növbəyə durmaq – bir şey üçün biri digərinin arxasında cərgə ilə durmaq. Şairləri salamlamaq üçün qızlar, gəlinlər birbirinin dalınca cərgə ilə növbəyə durmuşdu. M.S.Ordubadi. // Bu sırada tutulan yer. Növbəsini başqasına vermək. Növbədən çıxmaq. Növbə kimindir?
3. İşləyən, oxuyan, istirahət edən bir qrup adamın digər qrupu əvəz etdiyi zaman, vaxt. Onlardan Sitarə birinci növbədə, Mehparə ikinci növbədə məktəbə gedirdi. S.Rəhimov. [Dostlar] indicə növbədən çıxıb istirahət etməyə gedirdilər. M.Rzaquluzadə.
4. Keşik, qarovul. Növbə çəkmək. Növbədə olmaq. – Böyük Vətən müharibəsi günlərində kəndin cavanları [Qaratəpədə] növbə çəkib Arazın o tayını gözlədilər. Ə.Vəliyev. [Fərhad:] Bizim qoca bir həftədir hər gecə dənizdə növbə çəkir. Ə.Məmmədxanlı.
5. Hər hansı bir xəstəliyin müəyyən vaxtlarda özünü göstərməsi və ya güclənməsi.
6. “İlə” qoşması ilə yenə sıra, ardıcıllıq bildirir. Növbə ilə içəri girmək. Növbə ilə şagirdləri dindirmək. – Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
növbə
kuyruk, nöbet, posta, sıra, vardiya