Məşum
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məşum
sif. [ər.] Uğursuz, nəhs, bədbəxt adamda qorxu, dəhşət hissi oyadan. [Maral:] ..İki sənə əvvəl böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Xanın bu məşum sükutu ən acı xəbərdən də ağır idi. M.Rzaquluzadə. // Bədbəxt, talesiz. Bitərbiyəliklə tifli-məsum; Axırda olur səfilü məşum. M.Ə.Sabir.