turklehceleri.org

Məzəli

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

məzəli

sif.
1. Dadlı, ləzzətli, tamlı. Məzəli xörək. – Vəsf eylədiyim zövqlə ənharibehiştin; Kövsər məzəli şərbəti-reyhanın üçündür. M.Ə.Sabir.
2. Əyləndirici, könülaçan, gülməli, güldürücü, duzlu. Məzəli söhbətlər. Məzəli (z.) danışmaq. – Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. [Yazgül:] Fəridənin [uşağı] elə məzəli çağadır ki, ay ana!.. Ə.Məmmədxanlı. O, hər bir fikrini maraqlı, məzəli sözlərlə deməyə çalışırdı. S.Vəliyev. // Maraqlı, qəribə. Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdur. C.Məmmədquluzadə.
3. Məzəsi olan, çərəzli (bax. məzə 1-ci mənada). Məzəli süfrə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

məzəli

I. dadlı, ləzzətli, tamlı
{tatlı, lezzetli, zevkli}

II. zarafatcıl, oyunbaz
{şakacı, hokkabaz}

III. gülməli, əylencəli
{gülünç, eğlenceli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

məzəli

şakacı, tuhaf


Axir izdelgen sözler: