Məzmun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məzmun
is. [ər.]
1. Əsərdə, kitabda, məqalədə, şəkildə və s.-də şərh olunan, haqqında danışılan, əks etdirilən şeyin mövzusu, əsas şərhi. Romanın məzmunu. Operanın məzmunu. // Kitabın və ya başqa bir əsərin fəsillərinin və ya başqa tərkib hissələrinin siyahısı; mündəricə.
2. Mətləb, məsələ, mövzu. Fəxr edirəm ki, məcmuəmin ancaq şəkillərinə baxıb kənara tullamırsınız, içində yazdığım məzmunları oxuyursunuz. C.Məmmədquluzadə. // fəls. Hadisə, yaxud prosesin mahiyyətini müəyyənləşdirən əsas xüsusiyyət. Forma və məzmun. İnqilabın ictimai və siyasi məzmunu. // Bir şeyin mənası, mahiyyəti.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məzmun
I. mahiyyət, mə’na
{mahiyet, mana}
II. mətləb, məsələ
{maksat, mesele}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
məzmun
içerik, muhteva, muhteviyat, özet