Mərkəzi
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mərkəzi
sif. [ər.]
1. Mərkəzdə, ortada olan. Şəhərin mərkəzi hissəsi. – Səfarətxananın maşınları bizi tozlu yollardan keçirərək mərkəzi küçələri daşla döşənmiş şəhərə gətirir. M.İbrahimov.
2. Əsas, ümdə sayılan, ən mühüm. Mərkəzi rollarda çıxış etmək. – “Molla Nəsrəddin”in din əleyhinə mübarizəsi bütün feodalpatriarxal və burjua-meşşan həyata qarşı hərtərəfli mübarizənin mərkəzi məsələsi idi. M.İbrahimov.
3. Rəhbərlik edən; baş. Mərkəzi hakimiyyət orqanı. Həmkarlar ittifaqlarının mərkəzi komitəsi. // Əsas vəzifələri, fəaliyyəti əlaqələndirmə, birləşdirmə vəzifəsini özündə cəmləşdirən. Mərkəzi teleqraf. Mərkəzi seçki komissiyası.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mərkəzi
merkezî