turklehceleri.org

Məgər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

məgər

[fars.]
1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? – Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən. M.P.Vaqif. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. M.F.Axundzadə. Ədalətlə deyin, mən; Yalan danışdım məgər? B.Vahabzadə.
2. bağl. Ancaq, fəqət. [Səfərəli:] ..Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. N.Vəzirov. [Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola. Ə.Haqverdiyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

məgər

meğer


Axir izdelgen sözler: