Mədən
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mədən
is. [ər.]
1. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.). Mədən çıxarmaq. Yeraltı mədənlər. Mədən suları (tərkibində minerallar olan müalicə suları).
2. Faydalı qazıntılar, neft və s. çıxarılan yer. Qızıl mədəni. – Aynanın atası neft mühəndisi idi, günün çox hissəsini mədəndə keçirirdi. İ.Əfəndiyev. Babası vaxtilə neft mədənlərində fəhləlik etmişdi. M.Rzaquluzadə.
3. məc. Bir şeyin bol olan yeri. Qarabağ xanəndə mədənidir. Ə.Haqverdiyev. // məc. Qoşulduğu sözün ifadə etdiyi şeyin bolluğunu, çoxluğunu bildirir. [Bəhram:] Ey Fitnə, sən; Ağıl, kamal mədənisən! A.Şaiq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mədən
cevher