Müqəssir
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
müqəssir
sif. və is. [ər.]
1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar. [Balaş:] Mən müqəssirəm, Sevil! C.Cabbarlı. Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı. M.Hüseyn. [Mədəd] özlüyündə Xanpərini müqəssir bilir, Xanpəri isə onu günahkar hesab edirdi. Ə.Vəliyev.
2. Qanunən təqsirkar sayılan, təqsiri olan adam; suçlu, cani, cinayətkar. Müqəssirə cəza kəsmək. Müqəssirin işinə baxmaq. – Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. M.S.Ordubadi. Müqəssiri gətiriniz, – deyə məhkəmə [sədri] əmr etdi. H.Nəzərli. ‣ Müqəssir kürsüsü – məhkəmədə; müqəssirlərin oturduğu yer. Katib qabaq tərəfdə, müqəssir kürsüsündə, əli silahlılar arasında əyləşmişdir. S.Rəhimov. Müqəssir kürsüsündə oturmaq – məhkəmə məsuliyyətinə cəlb olunmaq, məhkəməyə düşmək, mühakimə olunmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
müqəssir
təqsirkar, günahkar, suçlu
{kusurlu, günahkâr, suçlu}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
müqəssir
sanık