turklehceleri.org

Mühafizə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mühafizə

is. [ər.] Hücumdan, təhlükədən, zərbədən, qəsddən və s.-dən qoruma, saxlama. [Qadın] sol əlini başının qarşısına tutmaqla özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn. ..Mərcan nənə nə fikirləşdisə də uşağı bombadan mühafizə yerinə apardı. Mir Cəlal. • Mühafizə etmək (eləmək) – hücumdan, zərbədən və s. təhlükədən qorumaq, saxlamaq. Vətəni düşmənlərdən mühafizə eləməyə bu tayfanın qabiliyyəti yoxdur. C.Məmmədquluzadə. // Pis, zərərli və ya istənilməyən bir şeyin təsirindən qoruma (qorunma). Xəstəlikdən mühafizə tədbirləri. • Mühafizə etmək – 1) pis təsirdən qorumaq, zərərli şeydən hifz etmək. Bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək? A.Səhhət; 2) xarab olmaqdan, sınmaqdan, dağılmaqdan qorumaq, saxlamaq. Mexanik maşını mühafizə etmək fikrinə düşmüşdü. H.Nəzərli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mühafizə

I. qoruma, müdafiə
{koruma, savunma}

II. himayə, arxa, dayaq
{himaye, arka, dayanak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

mühafizə

muhafaza


Axir izdelgen sözler: