turklehceleri.org

Kənd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kənd

is. Əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi. Böyük kənd. Kiçik kənd. – Koroğlu həftədə .. bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxardı. “Koroğlu”. Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. C.Məmmədquluzadə. Yeddi kənd, üç şəhər görürəm ancaq; Bu dağın başından bir baxışla mən. B.Vahabzadə. // Kənd yeri, habelə kənd əhalisi. Şəhərlə kənd arasında olan ziddiyyəti aradan qaldırmaq. • Kənd salmaq – yaşayış yeri düzəltmək, yeni kənd bina etmək. [Canpolad:] Bu kənd salınandan bu günə qədər oğurluq hadisəsi görünməyibdir. M.S.Ordubadi. Kənd Soveti köhn.– kənd yerlərində Sovet hökumətinin yerli orqanı. Kənd Soveti iclası. Kənd Sovetinin sədri. Kənd Şurası köhn. – bax. Kənd Soveti. [2-ci qadın:] Elə səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. ..Güllücə kəndində də kənd Şurası düzəlib, yeni şura yaşayışı başlandı. S.S.Axundov. Kənd təsərrüfatı – xalq təsərrüfatının əkinçilik, heyvandarlıq və meşəçiliyi əhatə edən sahəsi. Kənd təsərrüfatı qabaqcılları. Kənd yeri – kənd salınmış yer; kənd. Qorxma, kənd yerində çoxdur qoçaqlar; Hər daşın dibində bir Koroğlu var. S.Vurğun. ...kənd Bir sıra türk dillərində mürəkkəb kənd, qəsəbə və s. yaşayış məntəqələri adlarının ikinci tərkib hissəsi; məs.: Hacıkənd, Daşkənd, Yarkənd, Qasımkənd, Qonaqkənd. kənd-kənd bax. kəndbəkənd. Öldürər bu dərd məni; Doğrayar bənd-bənd məni; Yarım vəfalı olsa; Axtarar kənd-kənd məni. (Bayatı).

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kənd

kır, köy


Axir izdelgen sözler: