turklehceleri.org

Kəbin

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kəbin

is. [fars.] köhn.
1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr. [Mərcan bəy:] ..Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.
2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması. Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim .. qeyd olunmalı idi. T.Ş.Simurq. • Kəbin kağızı – kəbin şərtlərinin yazıldığı kağız, evlənmə haqqında şəhadətnamə. Hər birisi ki razı olsa, onda gərək dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla.. M.F.Axundzadə. Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. H.Sarabski. Kəbin kəsdirmək – evlənməsini müvafiq mərasimlə qanuni şəklə saldırmaq. [Ağamehdi] .. kəbin kəsdirdi və [Gülnazı] götürüb öz evinə apardı. E.Sultanov. Kəbin kəsmək – evlənmə ayini icra etmək, evlənməyi qanuni şəklə salmaq, nikah kəsmək. İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Ə.Haqverdiyev. Kəbinini kəsmək – ərə getməsini qanuni şəklə salmaq. [Molla Səfi:] Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gedəydi... N.Vəzirov. Kəbinini vermək – boşamaq, talağını vermək. [Şamama cadu:] Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. Ə.Haqverdiyev. ‣ Kəbin(lər)i göydə kəsilib – evlənmələri tam zəruridir. Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. (Məsəl). [Allahqulu Çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cəhətdən də babdırlar. Belələri üçün deyiblər ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhəsən. Kəbinim halal, canım azad! köhn. – adətən qadının məcburiyyət üzündən ərindən boşanmaq arzusunu bildirən ifadə. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad! Ə.Haqverdiyev. [Mərcan bəy Kəblə Qubada:] Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə: kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nağd pul verərəm. Ü.Hacıbəyov. Kəbininə kəsilmək məc. – daim boynunda olmaq, boynuna qoyulmaq (bir iş, vəzifə).

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kəbin

evlilik


Axir izdelgen sözler: