Kasıblıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kasıblıq
is.
1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq eyibdir. (Ata. sözü). Kasıblığın evi yıxılsın! İndiyə kimi [Məhəmmədhəsən əminin] qolunu, qıçını bağlayıb, qoymur bir yana tərpənsin. C.Məmmədquluzadə. • Kasıblıq etmək, kasıblıqla məşğul olmaq – yaşamaq üçün minimum qazanc, gəlir verən bir peşə (iş) ilə məşğul olmaq. Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir. C.Məmmədquluzadə. [Bədəl:] Qardaşlar, az keçər ki, hamımız genə evlərimizə qayıdıb kasıblığımızla məşğul olarıq. Ə.Haqverdiyev. • Kasıblığa düşmək – əvvəlki varından məhrum olmaq, əli aşağı düşmək.
2. Yaşamaq üçün minimum qazanc verən bir peşə, sənət və ya iş. [Namaz:] Mənə izin ver, gedim, özüm üçün bir kasıblıq tapım. Ə.Haqverdiyev. [Muzdur] Allah-talaya şükür edib, təzədən kasıblığa qədəm qoydu. S.Qənizadə. [Yaşlı kişi:] Neçin qardaşını işindən, kasıblığından avara salırsan? S.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
kasıblıq
I. yoxsulluq
{yoksulluk}
II. fağırlıq, miskinlik, sadəlik
{fakirlik, uysallık, gösterişsizlik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
kasıblıq
fakir, fakirlik