turklehceleri.org

Həşərat

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həşərat

is. [ər. “həşərə” söz. cəmi]
1. Cücülər. Həşəratın əkinlərə zərəri. Kimyəvi və bioloji üsulla həşəratı məhv etmək. – [Ahuramazda:] Ən savab işlər – susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli həşəratı öldürməkdir. Çəmənzəminli. [Tağı əmi:] Kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. S.S.Axundov.
2. məc. Dəyərsiz və zərərli adamlar haqqında. Bunlar adam deyil, həşəratdırlar. – [Mahmud bəy:] Biçarə nə eyləsin, həşəratlardan hər nə pis iş desən gözləmək olar. N.Vəzirov. [Polkovnik:] Həşəratlar [kəndə] gedən dəmir yolunu dağıdıblar... S.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həşərat

cücü
{böcek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

həşərat

haşarat


Axir izdelgen sözler: