turklehceleri.org

Hərbi

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

hərbi

sif. [ər.]
1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan. Hərbi vəziyyət. – Öz əlinlə öz yurduna ölüm dartmaq! Bu “yeni” bir hərbi məntiq! M.Araz. // Müharibə ehtiyacları üçün olan. Hərbi zavod. Hərbi sənaye. – Gurlayır dalbadal hərbi gəmilər; Soruşur parolu Hüseyndən şəhər. M.Rahim. Şəhərdə bütün əhalini ayağa qaldırmaq, düşmənin hərbi sursat və avadanlıq aparmasına yol verməmək lazım idi. S.Vəliyev.
2. Orduya aid olan, orduda xidmətlə əlaqədar olan; əsgəri. Hərbi həkim. Hərbi məktəb. Hərbi xidmət. Hərbi mükəlləfiyyət.
3. Orduda xidmət edən adamla əlaqədar olan; əsgəri. Hərbi and. // Hərbi xidmətçiyə aid; əsgəri. Hərbi forma (geyim). – Bir dəfə istirahət günü hərbi libası dəyişib sivil libas geyərkən [Zərqələm] məni tanımadı. Ə.Sadıq.
4. Orduda xidmət edən; hərbçi, hərbiyyəli. Hərbi adam.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

hərbi

əsgəri
{askeri}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

hərbi

askerî


Axir izdelgen sözler: