turklehceleri.org

Heyət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

heyət

is. [ər.]
1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. Redaksiya heyəti. Komissiyanın heyətində dəyişiklik. – [Çingiz gənclərə:] Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir. Çəmənzəminli.
2. Xidmətinə, ixtisasına və s. görə bir qrup təşkil edən adamlar. Rəhbərlik edən heyət (rəhbərlər). Komanda heyəti (komandirlər). Müəllim heyəti (müəllimlər). – [Sədr:] Məhkəmə heyəti müttəhim Baxışın da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq edir. C.Cabbarlı.
3. klas. Görkəm, görünüş, şəkil, surət, qiyafət. Xubani-hərəm [hökmdarı] bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər. M.F.Axundzadə. [Münəvvər:] Ana, mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq heyətindən çıxartdın? M.S.Ordubadi.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

heyət

heyet, kurul


Axir izdelgen sözler: