turklehceleri.org

Girdə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

girdə

sif.
1. Dairəvi, dairə şəkilli. – Mən Əhmədə otağın qarşısındakı girdə mizin dövrəsində olan sandalyalardan birində əyləşməyi təklif etdim. T.Ş.Simurq. Ənqa quşunun iri girdə gözlərində bərkiyən damlalar ağırlaşanda quşun gözlərindən qopub üzüaşağı yuvarlanırdı. Ə.Məmmədxanlı.
2. Yumru, yuvarlaq, şarşəkilli. Girdə alma. Girdə həb. – [Kərbəlayı Zal öz-özünə:] “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. Ə.Haqverdiyev.
3. Yastıboy, kök adam haqqında. Qədir çarığının ucu ilə girdə kişinin ayağına toxunub him elədi: – Adam var! Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

girdə

yumru, dəyirmi, yuvarlaq
{yumru, değirmi, yuvarlak}


Axir izdelgen sözler: