turklehceleri.org

Fal

Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)

fal

[Köken: Arapça] Bolcam, Irk

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

fal

и. багу, фал ачу; китаптан очраклы бер өзекне укып күрәзәләү; fal taşı фал ташы, рәмел ташы

ercilasun1991

fal

Türkiye Türkçesi: fal
Azerbaycan Türkçesi: fai
Başkurt Türkçesi: fal
Kazak Türkçesi: bal boljav
Kırgız Türkçesi: bal tölgö
Özbek Türkçesi: fàl
Tatar Türkçesi: fal
Türkmen Türkçesi: pãl
Uygur Türkçesi: pal
Rusça: gadaniye predskazaniye

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

fal

I. is. [ər.]
1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal. • Fal açmaq, fala baxmaq – noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər vermək. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. [Gülər:] Qoy bir fala baxım, görək bizim getməyimiz uğurlu olacaq, ya yox? S.Rəhman. Qulaq falı – təsadüfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla fala baxma. Axşam Hacı evdə ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb küçə qapısına qulaq falına gedir. H.Sarabski.
2. məc. klas. Bəxt, tale. Açıram məshəfi yüz dəfə, əlif-lam gəlir; Qamətü zülfdə, ey dil, nə gözəl falın var. S.Ə.Şirvani. Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. “Koroğlu”.

II. is. Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Ata. sözü). [Şahpəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal qoy, yenə də yadından çıxarır. B.Bayramov.

III. is. Dilim. Bir fal çörək.

IV. is. [holl.] Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.

Qarachay-Malqarche – Türkiye Türkchisi Lughiti (Nevruz, 1991)

fal

fal.


Axir izdelgen sözler: