turklehceleri.org

Dənə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dənə

is. [fars.]
1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma. – Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. Telli özünə toxuduğu yun corabı aldı. Onun üstünə bir on dənə yumurta qoyub Molla Xəlilin yanına getdi. S.Hüseyn. • Bir(cə) dənə – tək, yalnız, vahid. Balamsan, bir dənəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm, sənə qurban; Sən ölmə, bir dənəsən. (Layla). Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən; Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən. Ə.Vahid.
2. Dənli bitkilərin məhsulunun hər bir dəni. Düyü dənəsi. – Bir taxıl dənəsi itməsin deyə; Gündüzə qarışır gecələrimiz. B.Vahabzadə.
3. Səpələnən, yaxud ovulan şeylərin ən kiçik hissəcikləri. Qum dənələri. – Qəhvənin dənələrinə qeyri dənələr qarışdırıb satırlar, onu tanımaqdan ötrü qovurub qaynar suya atanda o dənələr partlayıb dağılır. H.Zərdabi.
4. Çəyirdək, toxum, tum. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. “M.N.lətif.” dənə-dənə zərf Hər dənəsini ayrıca, birbir, dən-dən. Tutu dənə-dənə yığmışam.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dənə

I. ədəd
{adet}

II. çəyirdək, toxum, tum
{çekirdek, tohum, soy}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dənə

tane


Axir izdelgen sözler: