Düçar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
düçar
sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı). • Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq. [Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir! M.F.Axundzadə. Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust! S.Ə.Şirvani. [Xırdaxanım:] ..Dərbədər olsun məni bu evə düçar eyləyən! N.Vəzirov. Düçar olmaq – 1) mübtəla olmaq, tutulmaq, başına gəlmək. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir. T.Ş.Simurq. Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. H.Cavid; 2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. [5-ci məhbus:] Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. Ü.Hacıbəyov; 3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
düçar
mübtəla, tutulma, düşkün
{müptela, tutkun, düşkün}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
düçar
çaresiz