Düzülmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
düzülmək
f.
1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.
2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər. – Taxçalara düzülübdü bir neçə samovar, sandıqca .. və xırdavat şeylərdən. C.Məmmədquluzadə. Ləməyə iki çin əlvan-zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski. Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. Ə.Məmmədxanlı. // Müəyyən bir qayda ilə durmaq, dayanmaq, yerləşmək. Rüxsarına qoşa xallar düzülüb; Yoluna baxmaqdan canım üzülüb.. Q.Zakir. Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin; Düzülüb gözlərinin dövrünə müjgan səf-səf. S.Ə.Şirvani.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
düzülmək
dizilmek, düzülmek