Dağ
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
dağ
[Köken: Farsça] (yara) Yara
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
dağ
I и. тау
dağII и. 1) кызган тимер белән бастырылган тамга; 2) күч. олы хәсрәт, кайгы
ercilasun1991
dağ
Türkiye Türkçesi: dağ
Azerbaycan Türkçesi: dağ
Başkurt Türkçesi: tav
Kazak Türkçesi: tav
Kırgız Türkçesi: tō
Özbek Türkçesi: tàğ
Tatar Türkçesi: tav
Türkmen Türkçesi: dãğ
Uygur Türkçesi: tağ
Rusça: gora
ercilasun1991
dağ
Türkiye Türkçesi: dağ
Azerbaycan Türkçesi: dağ
Başkurt Türkçesi: yara
Kazak Türkçesi: jara dak dık (yürekte)
Kırgız Türkçesi: cara dak
Özbek Türkçesi: dağ yärä
Tatar Türkçesi: yara
Türkmen Türkçesi: dãğ yara
Uygur Türkçesi: yara
Rusça: rana
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dağ
I. is.
1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. Qafqaz dağları. – Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Ata. sözü). Adətən ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ deyilir. “Ümumi fiziki coğrafiya”. Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. • Dağın döşü – dağın ön və orta tərəfi, azca mail səthi; dağdöşü. Onlar asta-asta dağın döşünə qalxırdılar. S.Rəhimov. Dağın döşündə otlayan heyvanlar qara nöqtələr kimi xırdaca görünürdü. M.Hüseyn. Dağın ətəyi – dağın başlandığı yer, dağın yerlə birləşən aşağı hissəsi; dağətəyi. Kənd dağın ətəyində yerləşmişdir. Sıra dağlar coğr. – hər hansı bir istiqamətdə uzanan dağ silsiləsi. Qafqaz sıra dağları. Ural sıra dağları. – Keçərək Mil düzündən sıra dağları aşdım; Kürün sahilləriylə bütün eli dolaşdım. Ə.Cəmil. Ətrafa baxdıqca təpələr, qayalar və zirvəsi qarlarla örtülmüş Kiçik Qafqaz sıra dağları görünürdü. S.Şamilov.
2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. Köçün dağdan gələndə; Bir quzu qurban, yeznə! (Bayatı). Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. A.Səhhət. Külfəti dağa çatdırmaq üçün çoxlu pul lazım idi. Mir Cəlal.
3. məc. Çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. Bənzərəm bir qocaman dağa ki dəryada durar. M.Ə.Sabir. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm.
4. məc. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). Kitablar dağ kimi yığılmışdır. Buldozerlər dağ kimi qalanan torpaq yığınlarını dağıdır. – Dənizdə çarpışardın dağ boyda dalğalarla; Sahildə əl-qol atıb gəzişərdin vüqarla. S.Rüstəm. Çay da bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir, atıb-tuturdu. Ə.Vəliyev. ‣ Dağ dağa (qayaya) rast gəlib – mübahisə edən iki adamdan heç birisinin güzəştə getməməsi mənasında. Dağ kimi (dalında) durmaq – bütün varlığı ilə müdafiə etmək, himayə etmək. Qorxma, dağ kimi dalında durmuşam. Dağa dönmək – 1) genişlənmək, çox böyümək; 2) ürəyi iftixar hissi ilə dolmaq. Dağı dağ üstə qoymaq – çox böyük iş görmək, hünər göstərmək, çox böyük və ağır bir işin öhdəsindən gəlmək. Bütün yoldaşlarımız Araz kimi olsaydı, dağı dağ üstə qoyardıq. A.Şaiq. Dağı dağ üstündən atmaq – bax dağı dağ üstə qoymaq. Ağa Dərviş demək istəyir ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar, mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. N.Vəzirov. Dağlara düşmək – ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək. Biçarə Kərimin halı pərişan; Gör ki Məcnun olub, dağlara düşüb. Mücrim Kərim.
II. [fars.]
1. is. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz. • Dağ basmaq – qızdırılmış dəmirlə bədənə damğa basmaq.
2. sif. Qaynamaqda olan, qaynar. Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. M.İbrahimov. Gör bu çayniki vağzalda dağ su ilə doldura bilərsənmi? Mir Cəlal. • Dağ eləmək – Sonadək əridilən şey. O, yağ gətirdi, dağ elədi, bir azdan da bal töküb, [halva] hazır etməyə başladı. S.Rəhimov. Dağ olmaq – qızmaq, ərimək. Dağ olmuş yağın gözəl qoxusu bütün ev-eşiyi bürüməkdə idi. Ə.Vəliyev.
3. is. məc. Ağır dərd, qəm, kədər, qüssə, ürək yarası. Ayrılıq dağı. Övlad dağı. – Əzizim, qardaş dağı; Qaf dağı, qardaş dağı; Hər dağ olsa, çəkilər; Çəkilməz qardaş dağı. (Bayatı). Vidadi xəstəyəm, ey gözüm sağı! Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi. Nə yaman dağ imiş oğul dağı. X.Natəvan. // Şiddətli təsir. ‣ Dağ basmaq (bədəninə, ciyərinə, ürəyinə və s.) məc. – bax dağlamaq 3-cü mənada. [Fatma xanım:] Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! C.Məmmədquluzadə. Ağadır, xozeyindir, qəbul; daha mənim canıma dağ basmağa nə haqqı var? Mir Cəlal. Dağ qoymaq, dağ çəkmək – bax dağ basmaq. Bivəfa yar sinəmə; Dağı çəkib dağ üstdən. (Bayatı). [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Sədəfin ölümü ürəyimə çal-çarpaz dağ çəkdi. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
dağ
dik, yamaclı, zirvəli
{dik, yamaçlı, zirveli}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
dağ
dağ