DALBADAL
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dalbadal
zərf Bir-birinin dalınca, birbirinin ardınca; ardıcıl, peydərpey. Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək. – Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. [Cabbar bəy] on beş il bundan qabaq evlənmiş və dalbadal beş uşağı olmuşdu. S.Rəhman. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. // Arası kəsilmədən, ara vermədən; fasiləsiz. Dalbadal öskürmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
dalbadal
ardıcıl, peydərpey
{art arda, peyderpey}