Cəmiyyət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
cəmiyyət
is. [ər.]
1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq). – [Aşıq:] Sağ olun, əziz yoldaşlar, xalqa, cəmiyyətə xidmət eləmək bizim vətəndaşlıq borcumuzdur. B.Bayramov. // Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. – [Almaz:] Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. C.Cabbarlı.
2. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti. Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq. // İctimai mühit. Cəmiyyətdə özünü apara bilmək. – Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. M.S.Ordubadi.
3. Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat. Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti. Siyasi və elmi bilikləri yayan cəmiyyət. Səhmdarlar cəmiyyəti. – “Səadət” cəmiyyəti maarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
cəmiyyət
I. birlik, ittifaq
{birlik, ittifak}
II. quruluş
{kuruluş}
III. camaat, xalq
{cemaat, halk}
IV. mühit
{muhit}
V. şirkət
{şirket}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
cəmiyyət
cemiyet, dernek, kamu, kuruluş, kurum, mahfil, topluluk, toplum